haberL haberR

Son bir həftədə 13 min kişinin saqqalı zorla kəsilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.01.2016 15:08:32

Tacikistanda dini radikalizmin yayılmasının qarşısının alınması üçün radikal addım atılıb

Tacikistanda hökumət ölkənin təhlükəsizliyini təhdid etdiklərini düşündükləri radikal dindarlarla mübarizəni genişləndirib. Son bir həftə ərzində polis 13 min kişinin saqqalı zorla kəsilib, 1700 qadını isə baş örtüyünü çıxarmağa məcbur edib. 

Qara çarşab geyinən 89 qadın isə fahişəliklə məşğul olmaqda ittiham edilərək tutulub. Qara çadra satan 169 mağaza bağlanıb. 

Ölkə mətbuatında yer alan məlumata görə, bu tədbirlər ölkəni yad təsirlərdən qorumaq məqsədi ilə keçirilib. Saqqal kəsmə "yad mədəniyyətə" qarşı mübarizənin bir hissəsidir. Ölkə prezidenti Emomali Rahmon da yad mədəniyyətin dalınca getməməyi məsləhət görmüşdü: "Başqalarının dəyərləri qarşısında əyilməyin. Qara geyimlər yox ənənəvi görünüş və biçimli geyimlər geyinin". O, deyib ki, tacik qadını hətta matəm zamanı da qara yox ağ geyimdə olub. 

Bundan başqa ötən həftə tacik parlamenti yeni doğulan uşaqlara ərəb mənşəli adların verilməsini qadağan edib./ANS

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.