haberL haberR

Son günlər İran gündəmini zəbt edən "ən yüksək maaş" nə qədərdir?

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 10.07.2016 23:32:39

Son günlər İranda "ən yüksək maaş” söhbəti sosial şəbəkələr, media və ruhani məclislərinin əsas söhbətinə çevrilib

Dünyada da bu məsələ diqqətlə izlənir, baxmayaraq ki, xarici KİV-də bu məsələlər müzakirə edilmir, lakin bu məsələ çox diqqətlə izlənilir. İranda yüksək maaş söhbəti tənqid olunsada, ilk dəfə çox açıq surətdə İslam İnqilabının Rəhbəri, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei tərəfindən gündəmə gətirildi.  Əslində o, xarici qüvvələrin bu məsələdən xalq arasında əks təbliğat aparan xarici qüvvələrin planlarına da işarə etmiş oldu.

Mövzu ilə əlaqədar İslamazeri.az İran və Yaxın Şərq üzrə siyasi şərhçi, araşdırmaçı-yazar Ziya Türkyılmazdan münasibət alıb.

O ilk öncə Ayətullah Xameneinin bu məsələni açıq gündəmə gətirməsinə işarə edərək “İilk öncə onu deyimki, Ayətullah Xamenei son zamanlar sözünü açıq deyir və sözünün fərqli yönləndirilməsinə imkan vermir. Odurki, bu açıqlama açıq-aşkar məlum olan məmurlar üçün nəzərdə tutulmuşdur.”, -deyə bildirib.

Araşdırmaçı-yazar Ziya Türkyılmaz daha sonra deyib: “ Bu məsələ İran üçün yeni məsələ deyil. Yəni maaş məsələsi əslində Rəfsəncaninin prezident olması dövründən başlayıb. Rəfsəncani “müdirlərin əli açılacaq və istədikləri maaş təyin etməklə iş sərgiləmək” fikirlərini irəli sürmüşdü. Onun fikrinə görə, müdirlər iş müqabilində yaxşı yaşamağa layiqdir. Rəfsəncanidən sonra Xatəmi  prezident oldu və eyni  şey davam etdi.  Əhmədinejad dövründə bu vəzifələrə yüksək maaşlar təyin olunmadı, lakin Ruhaninin prezident seçilməsindən sonra Rəfsəncaninin qoyduğu o yüksək maaş məsələsi gündəmə gəldi. Müdirlər isə özlərinə və müavinlərinə çox yüksək maaş təyin etdilər. Məlumata görə, 20000-50000 dollarlıq maaş alan məmurlar belə olduğu qeyd olunur. Hazırda 2 minə yaxın məmurun məsələsi araşdırılır, maaşların büdcəyə geri qaytarılması da gündəmdədir.”

Xatırladaq ki,  Fitr bayramı xütbəsində Ayətullah Seyid Əli Xamenei  “Düşmən bu məsələdən bizi sarsıtmaq üçün istifadə etmək niyyətindədir. Həddindən artıq maaş alanlar çox olmasa da, onların az olması belə zərərli və ayıbdır. Bu məsələyə ciddi yanaşılmalı və xalqın güvənini əldən verməməliyik. Ümüd edirəm ki, Allah, bütün məmurlara vəzifələrinin icrasında yardım edəcəkdir.” , -deyə qeyd etmişdi.

İranın vitse-prezidenti Ayətullah Xameneinin bu haqda göstərişlərindən sonra açıqlama verib. İshaq Cihangiri "Bu məsələ dövlət tərəfindən ciddi bir şəkildə təqib edilir. Astronomik maaş alanlar istefa verməlidir", -deyə bildirib.

Tehranın İmam cüməsi Ayətullah Müvəhhidi Kermani də, son cümə namazının xütbəsində bu mövzuya toxunub. O "Aidiyyatlı  orqanlar yatıblar? Bu qədər oğurluqlar baş verib və onlar yuxuda olublar? Oyaq olsaydılar bunların qarşısını alardılar. Ayətullah Xamenei bildirdi ki, qeyri qanuni gəlirlər, beytul-mala qaytarılmalıdırlar. Qanunsuzluğa yol verənlər, qanundan sui-istifadə edənlər cəzalanmalıdırlar. Bu mövzu unudulmamalıdır. Xalq, bu 950 nəfərə qarşı hansı addımların atılacağınını gözləyir. Xalq, bu xainlərin postundan uzaqlaşdırılmasını gözləyir. Quran, məmurların gördüyü iş müqabilində beytul-maldan istifadə etməsinə icazə verir. Yüksək maaş alan məmur! De görüm hansı işinə görə bu qədər maaş almısan? Allahın izni ilə bu dünyada rüsvay olacaqsınız”, -deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.