haberL haberR

"Son zəng" şənliyində kütləvi dava: bıçaqlananlar var

Kateqoriya: Hadisə Yayımlama tarixi: 15.06.2016 14:16:24

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Gədəbəydə "Son zəng" tədbirində insident olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb.
Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.