haberL haberR

Soros: Putin Avropa Birliyini parçalamaq istəyir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.02.2016 11:42:02

Amerikalı milyarder Putinin Avropa Birliyini parçalamaq niyyətində olduğunu iddia edib.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, amerikalı milyarder və məxməri inqilabların ideya rəhbəri Corc Soros bu iddianı edərək deyib: “Putin İŞİD-dən daha pisdir və Qərbin əsas düşməni məhz odur. ABŞ və Avropanın terrorçularla mübarizə aparmaq üçün Rusiya ilə həmkarlıq etməsi yalnış qərar idi. Çünkü Putinin əsas hədəfi Avropanın parçalanmasıdır. Suriyadan köçkünlərin müxtəlif Avropa ölkələrinə səfərləri məhz Rusiya tərəfindən proqramlaşdırılır. AB-nin parçalanması Rusiya üçün müsbət mənada iqtisadi təkan ola bilər.”

2017-ci ildə Rusiya imperiasının çökəcəyini bildirən milyarder, ölkənin bundan öncə ciddi siyasi böhranlarla üzləşəcəyini də istisna etməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.