Sosial mənzillərin tikintisi qiymətlərə necə təsir edəcək?

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov deyib ki, layihə çərçivəsində tikilməsi nəzərdə tutulan 2 min mənzil az deyil: "Bu, təqribən 20 yaşayış binası deməkdir. Bu da bazarda əhəmiyyətli paya malikdir. Nəzərə alsaq ki, il ərzində Bakıda 15-17 min mənzil tikilib istismara verilir, 2 min mənzil təqribən bunun 8/1 hissəsini təşkil edir. Təbii ki, bu bazara təsir edəcək. Həm təklif portfelinin stabilləşməsinə, həm də qiymətlərin alıcılıq qabiliyyətinə yaxınlaşmasına təsir edəcək".
Ekspert bildirib ki, bu gün bazarda o seqmentə, yəni ucuz mənzillərə aid olan təklif portfelində mənzil qıtlığı hiss olunur: "Sosial mənzillərin tikilməsi o seqmentin dolmasına kömək edəcək".
Sosial mənzillərin tikintisinin Bakıda mənzil qiymətlərinə necə təsir edəcəyi məsələsinə toxunan N.İbrahimov bildirib ki, hər bir məhsulun qiyməti onun maya dəyəri və rentabelliyi ilə müəyyənləşdirilir:
"Yəni, mənzillərin qiyməti tikintinin maya dəyəri və tikinti şirkətinin mənfəəti ilə müəyyən olunur və qiymət ondan aşağı düşə bilməz. Əgər qiymət ondan aşağı düşəcəksə, mənzil tikintisi sahəsində böhran olacaq və bazar daha da pis vəziyyətə düşəcək. Ancaq sosial mənzillərin tikintisi mənzil bazarında sişirdilmiş qiymətlərin qarşısını alacaq. Ucuz qiymətə satılan mənzillərin qiymətini isə maya dəyəri və 20-30 faiz gəlirlilik təşkil edir. Ona görə də, o qiymətlərin aşağı düşmə ehtimalı demək olar ki, yox səviyyədədir".
N.İbrahimov əlavə edib ki, sosial mənzillərin tikintisinin bazara necə təsir edəcəyi, həm də həmin mənzillərin hansı şərtlərlə verilməsindən asılı olacaq: "Bu, bir çox şərtlərdən asılıdır. O baxır həmin mənzillər hansı şərtlərlə veriləcək, hansı şərtlərə cavab verən təbəqəni ev növbəsinə götürəcəklər. Hələ ki bu şərtlər açıqlanmayıb. Şərtlər açıqlandıqdan sonra sosial mənzillərin bazarda hansı seqmentə nə dərəcədə təsir edəcəyi barədə müəyyən fikir söyləmək olar".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.