haberL haberR

Sosial şəbəkələr həyatımıza necə ziyan vurur? (Video)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 22.10.2014 17:15:58


Günümüzdə internet və sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. O qədər ayrılımaz bir parçaya çevrilib ki, bizi həyatdan, sevdiklərimizdən, cəmiyyətdən, hər şeydən ayırıb və təcrid edib. Gözümüzü bağlayıb, ətrafa olan duyarlılığımızı azaldıb.

Artıq sevincimizi, kədərimizi dostlarımızla deyil, internetlə tanımadığımız virtual insanlarla bölüşürük. Artıq uşaqlar küçələrdə oyun oynayarkən görünmür. Bütün günlərini kompyuter, telefon qarşısında keçirərək robot kimi böyüyürlər.

Hələ özümüzün hiss etmədiyimiz daha böyük problemlərə yol açır. Amma ümumilikdə belə ifadə demək daha doğru olar: “Ağıllı telefonlar, smartfonlar, kompyuterlər, ağlı əlindən alınmış insanlar”. Çünki insan özü kəşf etdiyi və onu ağıllı adlandırdığı texnologiyanın əsirinə çevrilib.

Təqdim etdiyimiz videoda gənc araşdırmaçı bu barədə daha geniş məlumat verir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.