haberL haberR

Stefan Havkinq: "Yük olmağa başlasam, intihar edəcəyəm"

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.06.2015 13:00:00

Ateist alim "BBC"-yə müsahibə verib

İslamazeri.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, çıxışlarından birində "Heyvanların *evtanaziya haqqını tanıyırıq. Daha çox əzab çəkmələrinə icazə vermirik. O halda, nə üçün insanlar üçün eyni şeyi tətbiq etmirik?",- deyən ALS xəstəliyindən əziyyət çəkən fizik Stefan Havkinq bu dəfə də "Əzab çəkirəmsə və dünyada iştirak edəcək bir şey qalmayıbsa, həkim dəstəkli intiharı düşünərəm",-deyə söyləyib. 

"BBC"-də başlayacaq yeni  proqram üçün Dara O'Briayna müsahibə verən Havkinq bir kəsin istəmədən həyatda saxlanılmasının həmin insana ən böyük təhqir olduğunu söyləyib. Hazırda ağrı cəhətdən sıxıntısını olmadığını bildirən, Havkinq "Kainata dair  daha çox şey tapmadam ölsəm, lənətlənmiş sayılaram", -deyə əlavə edib.

Digər tərəfdən, o,  insanların zaman-zaman onunla ünsiyyətdən çəkindiyi üçün özünü tənha hiss etdiyini etiraf edib. Stefan Havkinq sağlam olduğu vaxtlara dair ən çox nə üçün darıxdığı sualına isə, "Yenə də üzmək istərdim", -deyə cavab verib.

Evtanaziya — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.