haberL haberR

Stolüstü tennis üzrə millimiz Avropa birinciliyinin yarımfinalında

Kateqoriya: İdman Yayımlama tarixi: 12.07.2016 9:58:39

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılıblar.

Federasiyadan İslamazeri.az-a verilən məlumata görə, yeniyetmə oğlanlardan ibarət millimiz Ermənistan, Estoniya, İsrail komandalarına, yeniyetmə qızlardan ibarət komandamız İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc tennisçi qızlarımız isə İtaliya və Luxsemburq yığmalarına 3-0 hesabı ilə qalib gəliblər.

“Play off” mərhələsində yeniyetmə oğlanlarımız Yunanıstan və Rumıniya komandalarına 3-0 hesabı ilə qalib gələrək 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə oğlanlarımız İtaliya yığmasına qalib gələrək artıq bürünc medalı təmin ediblər.

Yeniyetmə qızlarımız isə Slovakiya millisinə 3-0 hesabı ilə qalib gələrək 1/8-ə vəsiqə qazansalar da, burada Rusiya yığmasına məğlub olublar. Yeniyetmə qızlarımız 9-16- cı yerlər uğrunda mübarizədə Türkiyə millisini məğlub edərək, 9-12-ci yerlər uğrunda Çexiya komandası ilə görüşəcək. “Play off” mərhələsində Bolqarıstan və Almaniya yığma komandalarını məğlub edən gənc qızlardan ibarət millimiz, 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə İspaniya yığmasına uduzan gənc qızlarımız 5-8- ci yerlər uğrunda mübarizədə Xorvatiya komandası ilə qarşılaşacaqlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.