haberL haberR
Bu parçadan çətir, pərdə, paltar, bir sözlə hər şey tikmək mümkündür

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Türkiyədə toz halına gətirilərək parça səthinə əlavə olunan vulkanik maddədən günəşin zərərli şüalarını 98% zərərsizləşdirən yeni parça növü ixtira edilib.

"Uşak" Universitetinin mühəndislik fakültəsinin  müəllimi, elmlər namizədi Bahar Tiber bunun  dünyada  ilk təcrübə olduğunu söyləyib.
Ozon təbəqəsinin qalınlığının azalmasına görə zərərli günəş şüaları insanların dərisində müxtəlif xəstəliklər yaradır. 

Bahar Tiber kəşf barədə belə deyib:  “İnsanlar bu parça sayəsində ultra-bənövşəyi şüaların zərərli təsirlərindən maksimum dərəcədə qorunacaqlar. Bu parçadan çətir, pərdə, paltar, bir sözlə hər şey tikmək və bir çox sahədə faydalanmaq mümkündür".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.