Sue Vitbread: “Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 16.02.2016 10:29:50

İslamazeri.az-a İqtisadiyyat Nazirliyi-nin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilib.
İclasda çıxış edən Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Sue Vitbread qeyd edib ki, 2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-
Azərbaycan Əməkdaşlıq Forumu keçirilmişdir. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır.
İclasa həmsədrlik edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif etmiş, Britaniya tərəfi təklifi razılıqla qarşılayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.