haberL haberR

Sumqayıt-Bakı yolunda böyük tıxac

Kateqoriya: Sosial Yayımlama tarixi: 16.09.2015 12:20:03

Bu gün Bakı şəhərinin əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Bununla yanaşı, Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanası qarşısında), Ə.Əliyev küçəsi, K.Rəhimov küçəsi, Moskva prospekti, Z.Bünyadov prospekti, İnşaatçılar prospekti, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində) və Azadlıq prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.