haberL haberR

Sumqayıtda iki sələfi qrup arasında çıxan silahlı insidentdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.04.2016 23:41:33

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə sələfi- xəvariclər arasında baş vermiş silahlı insidentlə bağlı həbs edilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

 Vəkil Fariz Namazlının APA-ya verdiyi  məlumata görə, məhkəmə onların barəsində olan hökmü dəyişib.

 Belə ki, Elçin Əkbərova 7 il, Amil Tağıyevə 5 il 6 ay, Kənan Mehrəliyevə 5 il 6 ay, Anar Rəhimova 6 il 6 ay cəza təyin edilib.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Əkbərov 9 il, Anar Rəhimov 8 il,  Amil Tağıyev 7 il,  Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilənlər apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyiblər.

 Xatırladaq ki, hadisə 2013-cü il dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Hadisədə təqsirləndirilən şəxslər tutulub. Onlardan silah-sursat götürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.