haberL haberR

Sumqayıtda sakinlərlə tikinti şirkəti arasında "razborka" düşdü (VİDEO)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.11.2014 17:33:12

"Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhər yaşıllaşdırma idarəsinə müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur."

Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi zamanı qarşıdurma olub.
Xeberle.com əməkdaşı ağac kəsənlərdən bunu hansı təşkilatın göstərişi ilə həyata keçirdiyini soruşan zaman onlar kamera və fotoaparatı görən kimi ərazidən uzaqlaşıblar. Məhəllə sakinləri bildiriblər ki, ağacların kəsildiyini görəndə mane olmağa çalışıblar: "Dedilər ki, ağacları budayırıq."

Sakinlərin tikinti şirkətinin işcisi kimi tanıdığı Arzu adlı şəxs də ağacları cürüyüb, quruduğuna görə kəsdiklərini söyləyib. Sakinlər isə bildiriblər: "Sağlam ağacları isə budama adı ilə doğrayırlar. Axşam saatlarında isə xəlvət gəlib kökündən çıxaracaqlar."

Sakinlər ərazidə növbəti yeni şoxmərtəbəli binanın inşa ediləcəyinə görə ağacların kəsildiyini bildiriblər: "Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhər yaşıllaşdırma idarəsinə müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur."
Sakinlərlə Arzu adlı şəxs arasında qarşıdurma da baş verib. Onu da qeyd edək ki, sözü gedən ərazinin böyük bir hissəsindəki ağaclar artıq kəsilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.