haberL haberR

Sumqayıtda xəstə özünü binadan atdı

Kateqoriya: Hadisə Yayımlama tarixi: 30.04.2016 12:42:12

Sumqayıtda intihar hadisəsi baş verib.

Dəhşətli hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb. Məlumata görə, xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib və əmin şəxs elə yerindəcə keçinib.

Xəstəxana ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı. Telefon zənglərinə cavab verən tapılmadı. Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən isə xeberle.com-a hadisə barəsində məlumatsız olduqlarını bildirdilər.
Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.