haberL haberR

Sumqayıtın tullantı suları təmizlənmədən Xəzərə axıdılır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.09.2016 16:16:45

Bununla da bitmir.

"Sumqayıtçay Xəzər dənizinə çirkləndirici maddələr axıdır"

APA yazır ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.

Bülletendə deyilir ki, Sumqayıtçay yağıntı suları ilə qidalanan təbii axar olsa da, şəhərin sənaye zonasından keçərək Üzvi Sintez Zavodunun təmizləyici qurğularının çıxış xətti yanından dənizə tökülür:

"Nəticədə, şəhərin sənaye zonasından bu çaya bir neçə müəssisənin istehsalat suları ilə yanaşı, məişət-fekal mənşəli tullantı suları da axıdılır. Sumqayıt ərazisindən Xəzər dənizinə axıdılan və dənizi ən çox çirklənməyə məruz qoyan axarlardan biri də "Azərboru" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tullantı sularını nəql edən kollektordur. Müəssisədə formalaşan şərti təmiz sular uzunluğu 7 km olan "Azərboru" kollektoru vasitəsilə Xəzər dənizinə axıdılır".

Bununla da bitmir. Bülletendə qeyd edilir ki, Sumqayıt inzibati rayonunun H. Z. Tağıyev və "Kimyaçılar" qəsəbələrində yerləşən fərdi evlər və kiçik müəssisələrin də tullantıları birbaşa Xəzərə axıdılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.