haberL haberR

Sünni alim şeyx Nimrlə bağlı kral Abdullaha məktub yazdı

Kateqoriya: İslam Yayımlama tarixi: 24.10.2014 19:11:33 3110 dəfə oxunub.

İrandakı sünni lider səud kralına məktub yazaraq Baqir əl Nəmrin edam qərarının ləğv edilməsini istəyib

İslamazerim.az "İslamivahdet"-ə istinadən xəbər verir ki, sünni alim Məvləvi Əbdülhəmid Səudiyyə Ərəbistanının kralı Abdullaha məktub yazıb.

 

O, məktubunda məşhur şiə alimi, Ayətullah Baqir Nimr haqqında verilən edam qərarının ləğv edilməsini istəyib.

Vəhdət və qardaşlığın İslam ümmətində ən vacib xüsusiyyəti ilə olduğunu yazan sünni alim, bunlara nail olmaq üçün hikmətli olmağın vacib olduğunu bildirib: "İslam ölkələri arasında fitnə salmaq üçün düşmənlər hər fürsətdən istifadə edir. Sünni alimlər adından sizdən tələb edirəm ki, Şeyx Nimrə verilən qərarını ləğv etmək üçün səlahiyyətinizdən istifadə edəsiniz. Edam qərarının ləğvi müsəlmanlar arasında vəhdət və qardaşlığı gücləndirəcək", - deyə Əbdülhəmid öz məktubunda səud kralına yazıb.

 

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanında yaşayan şiə alimi şeyx Baqir Nimr kral hakimiyyətinə qarşı çıxışlarına görə həbs edilib və onun haqqında edam qərarı çıxarılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.