haberL haberR

Sünni alimi: '20 milyard sərvət yığan kral əhli-sünnəni qoruya bilməz'

Kateqoriya: İslam Yayımlama tarixi: 30.01.2015 15:53:43

Alim bir çox siyasi mövzulara toxunub

İslamazeri.az-ın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, Livanın nüfuzlu sünni alimi Şeyx Mahir Hammud 23 yanvar tarixli cümə xütbəsində maraqlı açıqlamalar verib.

Şeyx Mahir İsraillə eyni cəbhədə yer alan və müsəlman qanı tökən təkfirçilərlə müqavimətçilər arasında fərq qoymağın vacibliyini vurğulayıb:

"Xainlərin xəyanətindən təsirlənməyən yalnız ümmət üçün çalışan, bu yolda kürəyindən bıçaqlanan, yalançı mühakimələrin hədəfi olan, buna baxmayaraq, səbr və təmkinlə yoluna davam edən "Hizbullah"-a uğurlar arzulayırıq".

Şeyx xütbəsində bir çox siyasi mövzulara toxunub. Səudiyyə Ərəbistanının keçmiş kralı Kral Abdullahın yürütdüyü siyasət xəttinə də toxunan Şeyx Mahir belə danışıb:

"Bir məsələyə də diqqət çəkməyimiz vacibdir. Kral Abdullah öldü və geridə şəxsi sərvəti olan 20 milyard dollar buraxdı. Bu qədər pulu necə qazandı? Ticarət yoluylamı? Yoxsa bu sərvət xalqındır? Üstəlik Səud nəslində yüksək məbləğdə sərvətə sahib olan bir çox şəxs var. Bütün bunlara baxmayaraq, əhli-sünnəyə zülm edildiyindən söz aça bilirlər. Kim zülm edir ?  Əslində onlar özləri bu cür ifadələr işlətməklə zülm edirlər!"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.