haberL haberR

Sünni məzhəbli prezident Aşura günü... (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 06.11.2014 11:18:19

Muhəmməd Əşrəf Qəni Aşura günü İmam Hüseyn (ə) adına Qanvermə Mərkəzində qan verib

İslamazeri.az saytının ABNA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Sünni məzhəbli prezidenti Muhəmməd Əşrəf Qəni Aşura günü münasibəti ilə gözəl bir addım atıb.

Prezident Kabuldakı Nəbiyyi Əkrəm (s) adına Məsciddə Sünni və Şiə məzhəbinin davamçıları tərəfindən keçirilən əzadarlıq mərasimində rəsmi iştirak edərək, əzadarlara bildirib: “Aşura günü qan vermək bir mədəniyyət olaraq bütün Əfqanıstanda həyata keçirilməlidir.”

Əfqanıstan Prezident Aparatının mətbuat birosunun verdiyi məlumata görə, Prezident Muhəmməd Əşrəf Qəni ikinci Nazir Muhəmməd Surur Dneş ilə birlikdə qanvermə mərkəzinə gedərək qan veriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.