haberL haberR

Sünni mütəfəkkir: İsraillə mübarizənin ilk şərti faiz sistemini yox etməkdir

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 08.06.2016 11:05:32

ABŞ-da yaşayan sünni mütəfəkkir Sionizmin zəiflətməyin yollarından, dünya müharibələri və axirəzzamandan danışıb

İslamazeri.az xəbər verirki, ABŞ-da yaşayan ilahiyyatçı,  sünni mütəfəkkir İmran Nezar Hüseyn "Təsnim" agentliyinə verdiyi müsahibədə Sionizmin zəiflətməyin yollarından danışıb.

İmran Nezar Hüseyn müsahibəsinin əvvəlində dünya müharibəsindən danışıb və iki tərəfin müharibəsi zamanı xeyir götürən tərəfin sionistlər olduğunu bildirib.

"Qarşıdurmalardan sonra böyük bir müharibə başlayacaq ki, bunun ilk mənfəəti NATO Qərbin ən yaxşı gücü ünvanı ilə məhv edici olacaq və Rusiyanın hərbi gücünü də nəzərə çarpacaq dərəcədə azaldacaqdır. Sionistlər İsraili dünyaya hakim bir güc olaraq tanıtmaq üçün bu qarışıqlıqdan faydalanmağa çalışacaqdır. Bu müharibənin ikinci hədəfi isə, dünyanın kiçilməsidir. Çünki,  dünyanın böyüklüyünə görə, İsrail dünyaya hakim ola bilmir və dünyaya hakim olmaları üçün dünya kiçilməlidir. Meydana gələn böyük müharibə dünyanın çox kiçilməsinə səbəb olmalıdır.", -deyə İmran Nezar Hüseyn bildirib.

Daha sonra sünni mütəfəkkir "Bu müharibədə ortaya çıxacaq və mənim də anlamadığım üçüncü mənfəət isə; böyük müharibədən sonra hərbi müəssisələrin yox edilməsidir, ancaq  sionistlər və İsrail bunun yerinə gizli texnologiyaya sahib olmalıdır və beləcə İsrail hava sahəsindən istifadə etməyə davam edə biləcəkdir, lakin digərləri üçün bu imkan verilməməsi düşünülür.", -deyə əlavə edib.

İmran Nezar Hüseyn bu məsələlərlə paralel olaraq axirəzzaman əlamətlərindən də danışıb.

"Günümüzün şərtlərini nəzərə alaraq sionist rejimin gücünün inkişaf etməsinin qarşısını almaq və bu rejimin hərəkət etməsinə diqqət etmək lazımdır. Qurani Kərimin Bəqərə surəsinin 278-ci ayəsinə diqqət etdikdə "Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz  sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" deyilir. Yəni Allah sizinlə müharibə etdiyiniz müddətdə (faizdən əl çəkmədiyiniz müddətdə) İsrailə qalib olan deyilsiniz. Bu yolda  İsraillə mübarizə etmək üçün ilk addım faiz sistemini yox etmək və ilk aşamada çox diqqətli və təmkinli olmağımız lazımdır, çünki ilk addımı yalnış atmış olsaq hər şey pozulacaqdır. İlk addım İrandakı bazarlarda alış-verişdə istifadə edilən pulun istifadə edilməsilə atılmalıdır (faizsiz olduğuna görə).", -deyə sünni mütəfəkkir bildirib.

"Təsnim" agentliyinin müxbirinin "Ayətullah Xamenei İsrailin 25 ilə yox olacağını bildirdi, siz nə düşünürsüz?" sualına; "Mən kitablarda buna rast gəlməmişəm, bu haqda söz deyə bilməyəcəm, Dəccal məsələsi ilə bu məsələ açıqlanmalıdır. Bizim hamımız İsrailin yox olacağını qəbul edirik. Burada önəmli olan budur; nə olacağını bilməmiş lazımdır. Olacaq axirəzzaman hadisələrini bilməliyik", - deyə cavab verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.