haberL haberR

Surinam prezidentinin oğluna "Hizbullah"a görə 16 il həbs verildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.03.2015 0:59:19

Livan "Hizbullah"la əlaqələrinə görə, Surinam prezidentinin oğluna 16 il həbs cəxası verilib

İslamazeri.az-ın "reuters"ə istinadən verdiyi xəbərə görə, Cənubi Amerikada Surinam dövlətinin prezidenti Desi Boutersenin oğlu 42 yaşlı Dino Bouterse Livan "Hizbullah"ına Braziliyada hərbi baza açmaq təklifi etdiyinə görə, ABŞ-da məhkəmə qarşısına çıxarılıb.

Nyu Yorkda keçirilən məhkəmə prosesində prokuror ittihamında bildirib ki, Dino Bouterse "Hizbullah"dan bunun qarşılığında 2 milyon dollar istəyib.

ABŞ Livan "Hizbullah"ının hərbi qolunu 2009-cu ildən "terror təşkilatları"nın siyahısına salıb.

Qeyd edək ki, Surinam dövlətinin prezidenti Desi Bouterseyə narkotika qaçaqmalçılığı ittihamı ilə Hollandiya məhkəməsi tərəfindən 11 il qiyabi həbs verilib.

Xatırladaq ki, Surinam 1975-ci ilə kimi Niderland müstəmləkəsi olub. 40 ildir müstəqil olan Cənubi Amerika respublikası olan Surinamın əhalisi 600 minə yaxındır və ölkənin 20 faizi müsəlmandır.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.