haberL haberR

“Suriya demokratik qüvvələr” İŞİD-ə 48 saat vaxt verdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.07.2016 13:56:55

“Suriya demokratik qüvvələr” adlı qrup, İŞİD üzvlərinə Mənbəc şəhərini tərk etmək üçün 48 sat vaxt verib

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ tərəfindən dəstəklənən və əksər üzvləri kürd olan bu qrup, Suriyanın şimalında yerləşən Mənbəc şəhərini 48 saat ərzində tərk etməsini tələb edib.

Məlumata görə qrup üzvləri şəhəri mühasirəyə alaraq, xalqın zərər görməməsi üçün bu güzəştə gediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.