haberL haberR

Suriya HHQ ölkənin şimal-şərqindəki kürdlərin mövqelərinə zərbələr endiriblər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 19.08.2016 18:30:12

Suriya HHQ-sinin hərbi təyyarələri Suriyada 2011-ci ildə müharibə başlayandan bu yana ilk dəfə olaraq Həsəkədi kürdlərin mövqelərinə zərbələr endiriblər.
İslamazeri.az-ın "əl-Məyadin" telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya hərbi mənbələrindən bildiriblər ki, Suriya HHQ təyarələri ölkənin şimal-şərqində yerləşən Həsəkə şəhərində kürdlərin mövqelərinə ikinci dəfə hücum ediblər (zərbələr endiriblər).
 
Suriya təyyarələri ikinci dəfə Həsəkədə yerləşən şərqi Nəşva kvartalında kürdlərin mövqelərinə hava zərbələri endiriblər.
 
Hərbi mənbənin məlumatına əsasən, kürdlər cümə günü səhər saat 05:00-da qüvvəyə minmiş atəşkəsə dair müvəqqəti razılığı pozublar. Və Həsəkədəki hökumət qüvvələrinin bütün mövqelərinə hücum ediblər.
 
"Kürdlərin ordunun idarə etdiyi şərqi Nəşvada irəliləməsi haqda xəbərlər həqiqətə uyğun deyil.", - telekenal həmin mənbəyə istinadən bildirib.
 
Cümə axşamı günü "Kürd Demokrat İttifaqı Partiyası"nın Avropa təmsilçisi İbrahim İbrahim "Sputnik" agentliyinə bildirib ki, Suriya HHQ-sinin Həsəkədə kürdlərin mövqelərinə zərbələri dinc əhali arasında qurbanlara səbəb olub.
 
Suriya HHQ-sinin hərbi təyyarələri Suriyada 2011-ci ildə müharibə başlayandan bu yana ilk dəfə olaraq Həsəkədi kürdlərin mövqelərinə zərbələr endiriblər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.