haberL haberR

Suriya hökuməti və kürdlər Həsəkədə atəşkəs əldə etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.08.2016 19:15:53

Atəşkəs rejimi yerli vaxtla saat 14:00-dan qüvvəyə minməlidir.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, kürd rəhbərliyi təmsilçilərinə istinadən bildirilir ki, kürd qoşunları və hökumət qoşunları Suriyada, Həsəkə şəhərində atəşkəs haqqında razılığa gəliblər.

Bildirilir ki, atəşkəs rejimi yerli vaxtla saat 14:00-dan qüvvəyə minməlidir.

Xatırladaq ki, daha əvvəl Suriyanın Həsəkə şəhərində kürd dəstələri ilə Suriya ordusu arasında toqquşmalar baş vermişdi. (Bax: 1, 2) Bazar günü bildirilirdi ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə tərəflər sülh haqqında razılığa gələ biliblər, lakin Suriyanın dövlət agentliyi SANA bildirib ki, kürdlər bir az keçəndən sonra atəşkəsi pozublar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.