haberL haberR

Suriya İran, Rusiya və "Hizbullah"a minnətdarlığını bildirdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 18.03.2015 13:10:55 1976 dəfə oxunub.

Suriya prezidentinin müşaviri Suriya böhranından danışıb

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin müşaviri Bəsinə Şaban Suriya böhranı və Türkiyə, Qətər və Ərəbistan kimi ölkələrin bu böhrana təsirləri haqqında danışıb: 
"Bu günə qədər Suriyaya qarşı olan Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqelərində heç bir dəyişiklik baş vermədi. Suriya xalqı bu ölkələrin İŞİD və "Nusa Cəbhəsi"nə verdikləri dəstəyin əvəzini ödəyir".

Şaban açıqlamasının davamında, "Həqiqi dəyişiklik adları sadalanan ölkələrin terror təşkilatlarına verdikləri silah və maliyyə dəstəklərini kəsmələri ilə reallaşa bilər. Ən maraqlı məqam isə BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxilə etməməsidir. Sionist düşmənlər Suriya böhranından ən çox yararlanan tərəfdir", - deyə qeyd edib.

Bəsinə Şəban Suriya məsələsində mühüm yer tutan Rusiya, İran və "Hizbullah" hərəkatına təşəkkürü bildirərək belə deyib: 
"Şübhəsiz, İran "Hizbullah" və Rusiya, Suriya böhranında müsbət rol oynayıb. Biz  rus rəsmilərinə bu məsələ ilə əlaqədar təşəkkürümüzü bildiririk. Təkfirçi təşkilatlar və İsrail arasındakı yaxın münasibətləri gözardı edə bilmərik. Yaralı terrorçuların İsrail xəstəxanalarında müalicə edilməsi, sionist rejimin terror təşkilatlarına verdiyi böyük dəstəkdən yalnız kiçik bir nümunədir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.