haberL haberR

Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 14.05.2015 02:09:58

Suriyamım Kəşfiyyat rəisinin həbs edilməsi xəbəri yalan çıxdı

İslamazeri.az-ın "Oda Tv"yə istinadən verdiyi xəbərə görə, İngiltərə mediasının bir neçə gün öncə Suriya Kəşfiyyat İdarəsinin rəisi Əli Məmlukla bağlı yaydığı xəbər yalan çıxıb.

Belə ki, bu gün İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Ələddin Brucerdi nümayəndə heyətilə Suriyaya etdikləri rəsmi səfər çərçivəsində Suriya prezidenti Bəşər Əsədin qəbulunda olublar.

Görüş dövlət telekanalı ilə yayımlanıb.

Saytlarda da bu xəbər öz əksini tapıb və Suriya Kəşfiyyat İdarəsinin rəisi Əli Məmluk da Bəşər Əsədin yanında olması diqqət çəkib.

Qeyd edək ki, "Daily Telegraph" qəzeti üç gün öncə yaydığı xəbərdə bildirilirdi ki, Suriya Kəşfiyyat İdarəsinin rəisi Əli Məmluk Türkiyə Kəşfiyyatı ilə əlaqəyə girərək ölkədə çevrilişə cəhd edib, sonradan bunun üstü açılıb və guya Əli Məmluk həbs edilib.

Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

/haberimaj/habergaleri/8O5A7J8M6W4A.JPG
  1. Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

  2. Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

  3. Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

  4. Suriya Kəşfiyyat İdarəsinin rəisinin həbs edilməsi xəbəri yalan çıxdı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.