haberL haberR

Suriya kəşfiyyatı İŞİD-ə gedən silah konvoyunu ələ keçirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.10.2015 15:25:00

Bu barədə "RİA Novosti" məlumat yayıb

İslamazeri.az-ın "Sputniknews"a istinadən verdiyi məlumata görə, Suriya kəşfiyyat orqanı Süveyda rayonunda İŞİD-ə çatması nəzərdə tutulan və  içində terrorçuların da olduğu silah-sursatla yüklənmiş tır konvoyunu ələ keçirib.

Bu haqda yüksək rütbəli bir Suriya hərbçisi "RİA Novosti" agentliyinə müsahibə verərkən söyləyib. Adının açıqlanmasını istəməyən hərbçi "Tırlarda silah-sursat, mina və raketlər var idi. Konvoy İordaniya sərhədi tərəfdən gəlirdi. Terrorçular silahı İŞİD-ə apardıqlarını etiraf etdilər. Konvoyda ümumilikdə mindən çox sursat var idi", -deyə bildirib.

Mənbənin verdiyi məlumatda silah və sursat daşıyan terrorçuların Azad Suriya Ordusu daxilindəki Alviya əl-Furqan qrupunun üzvləri olduğu müəyyənləşib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.