haberL haberR

Suriya KİV: 400 terrorçu Türkiyədən Hələbə daxil olub

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 15.05.2016 13:00:46

İki qruplaşmanın 400 üzvü Suriyanın Hələb bölgəsinə çatıblar

İslamazeri.az Suriya mediasına istinadən xəbər verir ki, ümumi sayı 400 nəfər olan terrorçuların 2 dəstəsi şənbə günü gecə radələrində Türkiyə ərazisindən keçərək Suriyanın şimalına daxil olub.

Məlumata əsasən, Türkiyənin Kilis şəhərindən, Hələbin şimalındaki Bab əl-Salami nəzarət məntəqəsinni keçərək “Nurəddin Zənki” dəstəsindən olan 300 və “Ceyş əl-mucəhidi” dəstəsin olan təqribən 100 yaraqlı Əzəz şəhəri istiqamətində Suriyaya daxil olublar.

Agentliyin məlumatına əsasən, nəzarət-keçid məntəqəsi Türkiyə ordusunun nəzarəti altındadır, lakin hərbçilər terrorçuların oradan keçməsinə mane olmayıblar.

Hələb və ətraf rayonlardan sülh elan olunmasına baxmayaraq qızğın döyüşlər gedir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.