haberL haberR

Suriya kürdləri ay ərzində 242 terrorçunu məhv ediblər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.08.2016 19:14:22

YPG qoşunlarının dəstələri iyul ayındakı döyüşlər zamanı 242 terrorçunu məhv edib

İslamazeri.az-ın rus mediasına istinadə verdiyi xəbərə əsasən, YPG qərargahının mətbuat üçün verdiyi xəbərdə deyilir ki, Suriya kürdlərinə məxsus YPG qoşunlarının dəstələri iyul ayındakı döyüşlər zamanı 242 terrorçunu məhv edib.

“YPG ay ərzində 6 əməliyyat keçirib və 242 terrorçu dəstə üzvlərinin öldürüldüyü 91 toqquşmada iştirak edib, 6 terrorçu isə əsir düşüb.”, – iyul ayının yekunlarına dair hesabatda deyilir. Kürdlərin özlərinin itkiləri isə 18 nəfər təşkil edib.

Həmçinin kürdlər terrorçulara məxsus "Hummer" markalı avtomobili, bir tank və iki minalanmış avtomobili, üzərində pulemyotlar quraşdırılmış iki pikapı da məhv ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.