haberL haberR

Suriya kürdləri: Hələb Əl-Qaidənin mərkəzinə çevrilə bilər

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 18.05.2016 11:00:36

Suriya kürdləri Hələbin Əl-Qaidənin mərkəzinə çevriləcəyindən narahatdırlar

İslamazeri.az "Rudav"a istinadən verdiyi xəbərə görə, müxalif “Suriya demokratik şurası”-nın həmsədri Elham Əhməd bildirib ki, Suriya kürdləri Əl-Qaidə terror təşkilatının Hələbin şimal rayonlarında fəallaşmasını şərh edib.

“Hələbdəki Əzəz şəhəri “Əl-Qaidə”- nin mərkəzinə çevrilir. Biz (red. –Suriya kürdləri) bundan narahatıq.”,  – deyə Əhməd bildirib.

Daha əvvəl “New York Times” bildirmişdi ki, “Əl-Qaidə” Suriyada yeni cəbhə açaraq orada öz “filialının” – "Nusra Cəbhəsi"nin köməyi ilə terror fəaliyyətini  genişləndirmək qərarına gəlib. Bununla bağlı öz  narahatçılığını ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, istefada olan admiral Con Kirbi də bildirmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.