Suriya kürdləri təkzib etdi: "YPG Mənbicin müdafiəsinin gücləndirilməsində iştirak etmir."
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 29.08.2016 14:26:58

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın kürd regionunun təmsilçisi bildirib ki, kürd özünümüdafiə dəstələri (YPG) Suriyanın şimalında yerləşən Mənbic və Cərablus şəhərlərinin müdafiəsinin gücləndirilməsində iştirak etmir.
Xatırladaq ki, daha əvvəl Reuters agentliyi bildirmişdi ki, YPG komandanlığı Mənbicə silah və əlavə dəstələr göndərməklə şəhərin müdafiəsini gücləndirir.
“Müdafiə gücləndirilir, lakin YPG-in iştirakı olmadan. Çünki YPG Fəratdan şərqdədir.”, - deyə Suriyanın şimalında yerləşən Rojava Federativ Regionunun mətbuat mərkəzinin başçısı İbrahim İbrahim bildirib.
Daha əvvəl Türkiyə hökuməti bildirib ki, Suriya kürdlərinin özünümüdafiə qüvvələri Fərat çayından qərbdə yerləşən əraziləri tərk etməlidirlər. Türkiyəyə səfər etmiş ABŞ vitse-prezidenti Cozef Bayden qeyd edib ki, əgər kürdlər Ankaranın tələbini yerinə yetirməzlərsə, ABŞ Suriya kürdlərini dəstəkdən məhrum edəcək.
Xatırladaq ki, ötən həftə Türkiyə ordusu Suriyanın şimalında yerləşən və sərhədyanı şəhər olan Cərablusda Suriya müxalifətinin və beynəlxalq koalisiya HHQ-in iştirakı ilə İŞİD əleyhinə əməliyyata başlayıb. Suriya hökuməti Türkiyənin hərəkətlərini ölkə müstəqilliyinin pozulması adlandırıb. Sutka ərzində Cərablus müxalif "Azad Suriya Ordusu"nun nəzarəti altına keçib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.