haberL haberR

Suriya ordusu da Rəqqa istiqamətində hücuma başladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 03.06.2016 17:52:23

Cümə axşamı günü Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əsriyyədən çıxış edərək ət-Təbka şəhəri istiqamətində İŞİD güclərinə qarşı ciddi hücum təşəbbüsü edib.

İslamAzeri.az-ın Al-Akhbar qazetinə istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu İŞİD terror təşkilatının “paytaxtı” hesab edilən Rəqqa istiqamətində hücuma başlayıb.

Daha əvvəl Rəqqanın azad edilməsi üzrə əməliyyatın başlaması haqda “Suriya Demokratik gücləri” elan etmişdi.

Nəşriyyatın məlumatına əsasən, yeni əməliyyat haqda qərar Suriya höküməti tərəfindən Suriyanın şimal-şərqində yerləşən Deyr-əz-Zor şəhəri istiqaməti üzrə hücum planı ləğv edildikdən sonra qəbul edilib. Birinci növbəli hədəf hazırda Rəqqanın yaxınlığında yerləşən ət-Təbka şəhəridir. Qazetin məlumatına əsasən, Suriya ordusunun dəstələri artıq bir neçə gündür ki, Həma əyalətinin Əsriyə yaşayış məntəqəsindədirlər və Rəqqaya hücuma hazırlaşırlar.

Cümə axşamı günü Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əsriyyədən çıxış edərək ət-Təbka şəhəri istiqamətində İŞİD güclərinə qarşı ciddi hücum təşəbbüsü edib.

Nəşriyyat qeyd edir ki, əməliyyat fevral ayı üçün planlaşdırılmışdı. Lakin vəziyyət fevralın sonu qüvvəyə minmiş barışıq üzrə razılaşmanın qəbul edilməsindən sonra dəyişmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.