haberL haberR

Suriya ordusu Hasəkə şəhərinə doğru irəliləyir, İŞİD meydandan qaçır

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.06.2015 16:54:00

Suriya ordusu terrorçuları təmizləməkdə davam edir

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın Hasəkə şəhərində vəziyyət yaxşılaşmağa doğru gedir. Suriya ordusu hazırda şəhərdə nəzarəti əlinə ala bilib. Ordu şəhərdə vəziyyəti nəzarətə alsa da maşınlara quraşdırılan bombalar narahatlıq doğurur.

Suriya ordusu terrorçuların bu planlarına qarşı ehtiyatla hərəkət edir. Döyüşçülər şəhərə 3 istiqamətdə hücum etməyi planlaşdırırlar. Mənbənin sözlərinə görə, İŞİD terror təşkilatı 30 üzvünü döyüş meydanından qaçdığına görə edam edib.

Dünən gedən döyüşlərdə terrorçular 10 km mərkəzdən geri çəkilməyə məcbur edilib. Ardıcıl olaraq bir neçə kənd işğalçılardan təmizlənib. Bunlardan sonuncusu, hələ ki, Davudiyə kəndidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.