haberL haberR

Suriya ordusu Hələbin cənubunda aviasiya məktəbini ələ keçirdi - Xəritə/Video

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 01.09.2016 12:09:31

Suriyanın şimalında yerləşən Hələb vilayətinin cənubunda Suriya ordusu və müttəfiqləri terrorçulara qarşı hərbi əməliyyatlarda uğurlar əldə edib

Belə ki, ötən gün keçirdiyi son şiddətli döyüşlər nəticəsində Suriya ordusu aviasiya məktəbini terrorçulardan təmizləməyə nail olub. Hələbin cənubunda Suriya ordusu və müttəfiqlərinin “Ceyşul Fəth” terrorçuları ilə döyüşləri davam edir. Qeyd edək ki, avqust ayının əvvələrindən Hələbin cənubunda gərginləşən döyüşlərdə Suriya ordusu "Ceyşul Fəth" terror koalisiyasının çox sayda canlı qüvvəsini və texnikasını məhv edib. Eastnews.org

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.