haberL haberR

Suriya ordusu Hələbin cənubunda terrorçular üzərinə intensiv zərbələri yenidən başladıb (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 17:57:06

Mühasirədə terror qruplaşmalarının tərkibində döyüşən xarici muzdlular da var.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya HHQ təyyarələri Hələb şəhərinin cənubunda yerləşən Ramus rayonunda terrorçuların mövqelərinə kütləvi zərbələr endirir. Bu barədə agentliyin hadisə yerindəki müxbiri bildirib.

Tüstü “sütunları” kvartalın kənarında yolun yaxılığında yerləşən sement zavodunun yanında və arxa cəbhə və artilleriya məktəblərinin ərazisində görsənir.

Suriya ordusunun snayperləri tədris müəssisələrinin tutulmuş binalarını tərk etməyə çalışan terrorçuları məhv edir. Ramusdan qərbdə atəş səsləri eşidilir.

Hələbin cənubunda olan əsas giriş əvvəlki kimi bağlıdır. Terrorçular yolu minaatanlardan və digər silahlardan atəşə tuturlar.

Bazar ertəsi günü "Nusra Cəbhəsi" terror qruplaşması və onun müttəfiqləri Hələb şəhərinin tutulması üzrə növbəti əməliyyat elan ediblər. Hökumət qoşunları aviasiyanın dəstəyi ilə  gündüz və gecə ərzində terrorçuların avtomobil karvanlarını və toplaşma yerlərini meqapolisin cənubu və cənub-qərbində bütün cəbhə xətlərini məhv edib.

15 silahlı qruplaşma – 5 mindən çox terrorçu – bir həftədən çoxdur ki, şimal paytaxtının cənub tərəfindən hökumət qoşunlarının mühasirə həlqəsini yarmağa çalışırlar. Hələbin cənub kvartallarında terrorçuların çox sayda qüvvəsi mühasirəyə düşüb. Şəhər könüllülərinin məlumatına əsasən, mühasirədə terror qruplaşmalarının tərkibində döyüşən xarici muzdlular da var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.