haberL haberR

Suriya ordusu Həsəkə vilayətində 16 kəndi azad edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.02.2015 13:22:34 3344 dəfə oxunub.

Həsəkə vilayətində İŞİD-dən 16 kənd və yaşayış məntəqəsi azad edilib

İslamazeri.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, Suriya ordusu və özünümüdafiyə batalyonları Həsəkə vilayətində 16 kənd və yaşayış məntəqəsini İŞİD terrorçularından azad edib. Belə ki, Suriya ordusu Həsəkə vilayətinin Qamışlı şəhərinin ətrafında İŞİD terrorçularına qarşı geniş miqyaslı hərbi əməliyyat keçirib. Hərbi əməliyyatlar nəticəsində Əz-Zrza, Şəmsə, Təl-Məhəmməd, Attəbən, Xalid, Huveydka, Ağqüllə və 9 yaşayış məntəqəsi azad edilib. Hərbi əəməliyyatlar nəticəsində çox sayda İŞİD terrorçusu və texnikası məhv edilib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.