haberL haberR

Suriya Ordusu terrorçulara qarşı uğurlu əməliyyatlar keçirdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 03.08.2016 18:33:45

Suriya ordusunun terrorçular ilə mübarizədə növbəti uğurları

İslamazeri.az-n "ParsToday"-ə istinadən verdiyi xəbərə əsasən, Suriya hökumət qüvvələri şimal əyaləti Hələbdə daha bir neçə ərazini terrorçulardan azad edib.

Suriya hökumət gücləri və onların müttəfiqləri bu gün “Ceyş əl-Fəth” (keçmiş Nusra Cəbhəsi) terror qruplaşması yaraqlıları ilə toqquşmalardan sonra əs-Sənəubarat və əl-Məhruqat yüksəkliklərini, həmçinin Hələbin cənub kənarında yerləşən əl-Amara kəndini də öz nəzarətləri altına götürüblər.

Bu əməliyyat zamanı terrorçuların qüvvə və texnikasına ağır zərbə endirilib.

Bununla yanaşı, onlarla suriyalı ailələr bu gün Hələbin şərqindən azad edilmiş rayonlara gediblər.

Digər bir məlumata əsasən isə, Suriya ordusunun hissələri ölkənin cənubunda yerləşən Dəra şəhərində də terrorçulara canlı qüvvə və texnikada ağır zərbələr endiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.