haberL haberR

Suriya Ordusu terrorçuların Hələb hərbi məktəblərinə etdiyi güclü hücumu dəf edir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 06.08.2016 15:05:20

"Qızğın döyüşlər bu gün səhər saatlarında artilleriya və cəbhə arxası məktəblərində yenidən başlayıb."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu artıq ikinci sutkadır ki, terrorçuların Hələbdə yerləşən artilleriya və cəbhəarxası məktəblərinə olan hücumu dəf edirlər.

“Qızğın döyüşlər bu gün səhər saatlarında artilleriya və cəbhə arxası məktəblərində yenidən başlayıb. Aviasiya və artilleriya kömək edir.”, - deyə bildirilir.

Könüllülərin məlumatına əsasən, terrorçular hazırda hərbi məktəb ərazisindədirlər. Hökumət qoşunlarının gücləri terrorçuların dəstələrini strateji obyektlərin  hüdudlarından sıxışdırıb çıxarırlar.

Terrorçular cümə günü Hələbin cənub-qərbində hökumət qoşunlarının mövqelərinə ən genişmiqyaslı hücum cəhdini ediblər. Döyüşlər 10 saatdan çox davam edib. Könüllülərin məlumatına əsasən, azı 150 terrorçu məhv edilib. Hökumət qoşunları və könüllülər hərbi məktəblər üzərindəki nəzarəti əldə saxlamağa müvəffəq olublar.

Hələb hərbi məktəblərinin yerləşməsi strateji əhəmiyyətə sahibdir, belə ki, onlar şəhərin yoldan olan yeganə girişinin birbaşa yaxınlığında yerləşirlər. Həmən yol meqapolisi digər əyalətlər ilə birləşdirir. Əgər terrorçular hərbi məktəbləri tutmağa müvəffəq olsalar, o zaman Hələbin təchiz etmə yolları bağlanacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.