haberL haberR

Suriya ordusu və Hizbullah Deyr əl- Əsəfir şəhərini terrorçulardan tamamilə təmizlədilər

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 15.05.2016 13:50:51

Şənbə günü terrorçular çox ağır zərbələr endirilib

İslamazeri.az-ın "Məsdər" agentliyinə istinadən verdiyi xəbərə görə, şənbə günü Suriya ordusunun 102-ci briqadası, Fələstin Azadlıq Təşkilatı və Livan Hizbullahının döyüşçüləri Deyr əl- Əsəfir şəhərinin nəzarətini tam olaraq ələ keçiriblər.

Əməliyyat nəticəsində Şərqi Qutadakı Xauş əl-Xətib yaşayış məntəqəsini "Fəylək Ər-Rəhman", "Əl Qaidə"nin Suriya oqlu olan "Nusra cəbhəsi"ndən tam olaraq təmizlənib.

Məlumata görə, əməliyyat zamanı Xauş əl-Xətibdə on terrorçu öldürülüb, digər terrorçular isə qaçıblar.

Qeyd edək ki, Xauş əl-Xətib qəsəbəsinin azad olunması ilə Suriya ordusu və müttəfiqləri Deyr əl-Əsəfir şəhərini tam olaraq öz nəzarətləri altına alblar. Bu şəhərin yanındakı Zibdin şəhəri də terrorçulardan ötən həftələrdə təmizlənib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.