haberL haberR

Suriya ordusu və “Hizbullah” Palmira şəhərinə doğru irəliləyir (Video)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2015 13:14:15

Palmira şəhərini İŞİD terrorçularından azad etmək üçün əməliyyatlar davam edir

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriya ordusu və “Hizbullah” xüsusi təyinatlıları antik Palmira şəhərinin azad edilməsi üçün keçirilən hərbi əməliyyatları yenidən bərpa edərək irəliləməyə başlayıb.

Suriya ordusu Palmiranın qərbində yerləşən yüksəklikləri öz nəzarətinə keçirib. Şərq istiqamətindən də irəliləyən ordu qüvvələri İŞİD terrorçularına məxsus silah-sursat və iriçaplı pulyomyotlar quraşdırılan avtomobilləri məhv edib. Bundan əlavə onlarla İŞİD terrorçusu məhv edilib.

Qeyd edək ki, Suriya ordusu Palmira şəhərinin azad etmək məqsədilə bir müddət öncə irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.