haberL haberR

Suriya ordusu və Hizbullah Palmira/Tadmuru tamamilə terrorçulardan təmizlədi

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.03.2016 14:44:27

Suriya ordusu Palmira/Tadmurun tamamilə İŞİD terrorçularından təmizləndiyini açıqladı

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriya ordusu ilə Livan Hizbullahı Palmiranı tamamilə İŞİD xəvaric terrorçularından təmizləyib.

Bu haqda "Əl Məsdər", "SANA" və Livanın "Əl Məyadeen" telekanalları isti-isti cəbhə yerindən məlumat veriblər.

SANA-nın məlumatına görə, hazırda minalanmış ərazilər təmizlənməkdə, evlərdə gizlənən terrorçuların axtarış tədbirləri davam edir.

Palmira- Tadmurun bütün kəndləri demək olarki terrorçulardan təmizləndiyi, terrorçuların isə əksəriyyətinin Əs-Suhna, Əl-Məhəttə, Ər-Rəsəfə istiqamətinə qaçdığı qeyd olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.