haberL haberR

Suriya ordusu və "Hizbullah" Qələmunda terrorçuları məhv edib (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.05.2015 17:44:10

Qələmun məntəqəsində Suriya ordusunun və "Hizbullah"ın əməliyyatları davam edir

İslamazeri.az-ın “The Daily Star”-a istinadən verdiyi xəbərə görə, Suriya ordusu "Hizbullah" hərbçiləri ilə birlikdə Qələmun bölgəsində “Nusra Cəbhəsi”  və İŞİD terrorçularına qarşı uğurlu əməliyyatları davam etdirir.

"Hizbullah" Qələmunda döyüşlərin hələki tam başlamadığına baxmayaraq, "Hizbullah" və Suriya ordusu “Nusra Cəbhəsi”nə məxsus 3 təlim düşərgəsini, 4 hərbi texnikasını və mağaralardan olan 10 hərbi sığınacağı məhv edib. Əməliyyatlar nəticəsində 20 nəfər terorrçu öldürülüb, sağ qalan terrorçular isə qaçıb.

Suriya ordusu Qələmun bölgəsində olan terrorçuların bütün təchizat və təminat yollarını bağlayaraq onları mühasirədə saxlamağa davam edir. Bölgədə 4 minə yaxın terrorçunun olduğu bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.