haberL haberR

Suriya ordusu və "Hizbullah" yeni əməliyyatlara başladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 01.08.2015 15:19:07

Suriya ordusu və "Hizbullah"ın başlatdığı yeni əməliyyatlar Dəraa bölgəsini müdafiə məqsədi ilə deyil...

İslamazeri.az-ın "on4haber"-ə istinadən verdiyi xəbərə görə, " Fars" xəbər agentliyinə açıqlama verən suriyalı hərbi mənbələr Suriya ordusu və "Hizbullah"ın son bir həftədə Dəraanın cənub bölgəsinə xüsusi hərbi dəstələrini göndərdiklərini açıqlayıb.

Suriya ordusu və "Hizbullah"ın başlatdığı yeni əməliyyatlar Dəraa bölgəsini müdafiə məqsədi ilə deyil, İŞİD-in son günlər təhdid yaratmağa başladığı Dəməşq şəhərinin ətrafında təhlükəsizlik zonası əmələ gətirəcək şəkildə geniş bir sahəni əhatə etmək və adı çəkilən ərazini silahlı qruplardan təmizləmək məqsəilə nəzərdə tutulub.

Digər tərəfdən, Suriya ordusu və Milli Müdafiə Qüvvələrinin Quneytərada keçirdiyi əməliyyat nəticəsində Golan yaxınlığındakı Cabata adlı bölgənin "Nusra Cəəbhəsi" terrorçularından geri alındığı bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.