haberL haberR

Suriya ordusu və “Hizbullah” Zəbədanidə qələbəyə yaxınlaşır (Video)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.08.2015 16:48:15 3536 dəfə oxunub.

Zəbədani rayonunun terrorçulardan azad edilmə əməliyyatları uğurla davam edir

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriya ordusu və “Hizbullah” hərbçiləri Livan-Suriya sərhədində yerləşən Zəbədani rayonunu terrorçulardan təmizləmə əməliyyatının 36-cı günü şəhər mərkəzinə doğru hərəkət etməyə davam edirlər.

Son döyüşlərdə bir neçə iri məhəllə ələ keçirib. Ordu “Hizbullah” döyüşçüləri ilə birlikdə Mahata məhəlləsi və ətrafına doğru hərəkə etməkdədir. Bundan əlavə, Suriya ordusu və “Hizbullah” Zəbədani avtovağzalı ətrafında şiddətli döyüşlərdə 15 “Nusra Cəbhəsi” terrorçusunu öldürüb, 4 “Əhrarur Şam” terrorçusunu isə əsir götürüb.


Qeyd edək ki,  Suriya ordusu və “Hizbullah”-ın  mühasirəsində “Nusra Cəbhəsi”,  “Əhrur Şam” və digər terrorçuların təslim olmaqdan  və yaxud ölməkdən başqa çıxış yolları qalmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.