haberL haberR

Suriya prezidenti ABŞ-ın “Sülh Şurası” adlı heyətini qəbul edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.07.2016 12:27:35

"ABŞ böyük bir güc olaraq hərc-mərclik yaratmaq, sanksiya tətbiq etmək əvəzinə, elm, mədəniyyət və texnalogiyanın inkişafı yönündə addımlar atmalıdır."

İslamazeri.az-ın “SANA”-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın dağıdıcı siyasətini qınayan Bəşər Əsəd Suriya böhranı barədə geniş məlumat verib: “Ölkədə savaşın və böhranın əsas səbəbi Dəməşqin ABŞ-ın mənafeyinə zidd addımlar atmasını qəbul etməməsidir. ABŞ dövlətinin bölgəmizdə yeriddiyi siyasət xalqının mənafelərinə tam ziddir. Məntiq və ağıldansa, zorakılığa daha uyğundur. Bu da nə Amerika, nə də digər xalqların xeyrinədir. ABŞ böyük bir güc olaraq hərc-mərclik yaratmaq, sanksiya tətbiq etmək əvəzinə, elm, mədəniyyət və texnalogiyanın inkişafı yönündə addımlar atmalıdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.