haberL haberR

Terrorçulara yaxın saytlar İrandakı futbol sonrası etirazı üsyan kimi qələmə verdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.03.2015 9:48:52 4384 dəfə oxunub.

Mart ayının ortalarında İranın Əhvaz şəhərində futbol sonrası etiraz baş vermişdi

İslamazeri.az-ın verdiyi xəbərə görə, 11 gün öncə İranın Xuzistan əyalətinin Əhvaz şəhərində "Taxti" stadionunda mart ayının ortalarında Əhfaz şəhərinin "Fulad" komandası ilə Səudiyyə Ərəbistanının "Əl Xilal" komandası arasında çempionlar liqasının görüşü keçirilib.

Görüşün heç heçə bitməsindən sonra, stadionda gənclər arasında toqquşma baş verib.

Toqquşma zamanı polis maşını yandırılıb və əraziyə polis qüvvələri yeridilib.

Ərəb mediası 81 nəfərin yaralanmasını iddia etsə də, bölgə Polis rəisi Məhəmməd Əşhuqi bu xəbərləri təkzib edib. Həmçinin, polis həbs edilənlərin hamısının azad olunduğunu da 18 martda KİV məlumatlandırıb.

Bu xəbər  bəzi türkdilli  "Nusra Cəbhəsi" terror qruplaşmasına açıq dəstək verən portallarında "İranda üsyan" kimi qələmə verilib. Onlar hətta ərəblərin silahlı üsyana qalxdıqlarını da qeyd ediblər. Futbol zamanı polisin qarşıdurma yaradan gənclərə qarşı keçirdiyi tədbirləri isə "sünnilərə təzyiq" kimi yayıblar.

Bu portallar Xuzistanla Əhvazı ayrı-ayrı bölgələr kimi qeyd edərək, iki bölgədə üsyan təəssüaratını yaratmaq istəyiblər. Lakin, azca araşdırma zamanı Xuzistanın bir əyalət, Əhvazın isə Xuzistan əyalətinin mərkəzi şəhəri olduğunu görmək olar (wikipediya). 

Qeyd edək ki, Xuzistan vilayətinin 3 minlik tarixi var, İran İmperiyasının ən qədim tarixi bölgələrindən biri olub. Əhalinin etnik tərkibini farslar, bəxtiyarilər, ərəblər, lorlar, ləklər və qaşqaylar təşkil edir. 

 

İndi isə bu portalların yalanlarını bir bir diqqətinizə çatdırırıq:

1. Futbol fanatlarının qarşıdurmasını etirazçıların silahlı üsyanı kimi təqdim olunması,

2. Xuzistan və Əhvazı iki ayrı bölgə kimi qeyd etmək,

3. Ərəb məhkumların edam edilməsi, lakin edam olunanların adlarının və edam səbəblərinin verilməməsi (əgər məhkumların edamı düz xəbər olsa belə bu xəbərlə heç bir əlaqəsi yoxdur),

4. Təqdim olunan videolarda futbol fanatlarından başqa heç kəsin olmaması,

5. Futbol sonrası həbs olunanların hamısının azad edilməsinə baxmayaraq həbsdə çox sayda insanın olduğunu iddia etmək (adlar qeyd edilməli idi),

6. Sünnilərin rejimə etirazı qeyd edilsə də, bu etirazlardan nə bir foto,  nə bir video təqdim edilməsi, hətta tarix belə qeyd edilməyib (futbol fanatlarının etirazından başqa).

 

Qeyd edək ki, bu xəbərin dezinformasiya olduğunu diqqətinizə çatdırmaqda məqsədimiz İŞİD və "Nusra Cəbhəsi" kimi  terrorçu qruplaşmalarla əlaqəli olan portallardakı xəbərləri araşdırmadan inanmamanızı, həmçinin bu cür portalların Azərbaycanda sünni-şiə arasında qarşıdurmalara zəmin yarada biləcəklərini diqqətinizə çatdırmaqdır. 

P.S. Bildiyimiz kimi, dünyanın nəhəng KİV İran xəbərlərinə çox diqqət göstərirlər. Orada baş vermiş hökumət əleyhinə kiçik bir həqiqi etirazı və ya üsyana cəhdi şişirdərək yaymaq üçün sanki pusquda durublar. İranda həqiqətən üsyan olarsa, dünyanın nəhəng mediaları bundan xəbər tutmazlarmı?

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.