haberL haberR

Suriya Turizm Nazirliyi turistləri bu ölkənin çimərliklərində istirahətə dəvət edir (Video)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 03.09.2016 10:30:03

"Suriya hər zaman gözəldir" adlı video çarx paylaşılıb.

İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Suriya Ərəb Respublikası Turizm Nazirliyi öz çimərliklərinə turistləri cəlb etmək üçün tədbirlər görməyə qərar verib. İnternetdə müharibə şəraitində olan ölkənin qumlu çimərliklərini reklam edən video çarx paylaşılıb.

"Suriya hər zaman  gözəldir" adlı videoçarx ərəb respublikasının çimərliklərini və sahilyanı ərazilərini nümayiş etdirir. Xüsusilə də Tartus şəhərini. Qeyd edək ki, Tartus şəhəri Latakiya (Lazkiyə) əyalətində yerləşir və hazırda hökumət qoşunlarının nəzarəti altındadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.