haberL haberR

Suriya və İraqda İŞİD qurbanlarının 70-dən çox kütləvi məzarlığı tapılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 14:03:30

Ehtimal var ki, İŞİD-in geri çəkilməsi ilə daha bir çox kütləvi məzarlıq da aşkar ediləcək.

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Suriya və İraqda İŞİD terror təşkilatı qurbanlarının basdırıldığı 70-dən çox kütləvi məzarlıq aşkar edilib.

""Associated Press" eksklüziv müsahibələr, şəkil və araşdırmalar ilə İŞİD ektremistləri tərəfindən geridə qoyulmuş 72 kütləvi məzarlığı təsdiq edir... Ehtimal var ki, İŞİD-in geri çəkilməsi ilə daha bir çox kütləvi məzarlıq da aşkar ediləcək.", - deyə agentlik bildirir.

Suriyada yüzlərlə insanın basdırıldığı 17 kütləvi məzarlıq tapılıb. Qeyd edilir ki, İraqdakı oxşar 16 kütləvi məzarlıqlarda basdırılanların sayını müəyyən etmək, demək olar ki, mümkün deyil: Məzarlıqlar onları qazıb çıxartmaq üçün olduqca təhlükəli yerlərdədir. Rəsmi məlumatlara əsasən, bu cür şəkildə basdırılmış cəsədlərin sayı 5200-15 min arası dəyişir.

Vizual araşdırma ilə məşğul olan "AllSource Analysis" şirkəti AP agentliyinə peykdən çəkilmiş eksklüziv şəkillər təqdim edib. Şəkillərdə İraqda Mosul şəhəri yaxınlığındakı Bəduş həbsxanası ərazisindəki məzarlardan daha biri görsənir. Orada 600-dən çox məhbus dəfn edilib.

Agentliyn məlumatına əsasən, terrorçular öz qurbanlarının yerini heç gizlətməyə belə çalışmayıblar. Qəbirlərin ölçüləri iki futbol stadionu ilə eyni ölçüdədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.