Suriyada barışığa qoşulmuş yaşayış məntəqələrinin sayı 368-ə çatıb
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 09.08.2016 11:46:36

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Suriya Ərəb Respublikasında düşmən tərəflərin barışığı üzrə Rusiya mərkəzinin məlumat bülletenində deyilir ki, sutka ərzində 8 yaşayış məntəqəsinin təmsilçiləri ilə barışıq haqqında saziş imzalanıb. Barışıq imzalamış yaşayış məntəqələrinin ümumi sayı isə 368-ə çatıb.
“Sutka ərzində Əs-Suveyda (5) və Lazkiyyə (3) əyalətlərində 8 yaşayış məntəqələrinin nümayəndələri ilə barışıq haqqında saziş bağlanıb. Barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı 368-ə çatıb”, – deyə Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında dərc edilmiş bülletendə deyilir.
Qeyd edilir ki, Dəməşq, Lazkiyyə və Homs əyalətlərində silahlı müxalifət dəstələrinin səhra komandirləri ilə hərbi əməliyyatların dayandırılması rejiminə qoşulma haqqında danışıqlar davam etdirilib. Barışıq üzrə mərkəzin məlumatına əsasən, hərbi əməliyyatların dayandırılması (rejiminin) şərtlərini qəbul edib ona əməl edən silahlı qruplaşmaların sayında dəyişiklik baş verməyib – 69.
Xatırladaq ki, Suriyada atəşkəs rejimi fevral ayının 27-dən qüvvəyə minib. Sülh (barışıq) BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanına “İŞİD”, “Nusra Cəbhəsi” və s. ekstrimist-radikal təşkilatlara şamil edilmir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.