haberL haberR

Suriyada "əl-Qaidə" terror təşkilatının qurucularından biri öldürüldü (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 21.09.2015 11:19:56

Suriyada şiə şəhərləri Fua və Kafaryaya hücum edən terrorçular arasında yer alan “Əl-Qaidə” qurucularından biri məhv edilib

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriyanın şimalında yerləşən İdlib vilayətinin şiə məntəqələri olan Fua və Kafaryaya "Nusra Cəbhəsi" və "Ceyşul Fəth" terrorçularının hücümu zamanı baş verən qarşıdurmada "əl-Qaidə" lideri öldürülüb.

Belə ki, "Əl-Qaidə" terror təşkilatını təsis edən 15 nəfərdən biri olan 52 yaşlı Əbu Həsən Əl-Tunisi İdlibin Fua və Kafarya şəhərlərinə hücum zamanı öldürülüb.

Qeyd edək ki, Əbu Həsən Əl-Tunisi uzun müddət "Əl-Qaidə" lideri Usəma Bin Ladenin köməkçisi olub və 3 il öncə Suriya ərazisinə gələrək "Nusra Cəbhəsi" terrorçuları sıralarında terror fəaliyyətinə başlayıb.

Suriyada “Əl-Qaidə “ terror təşkilatının qurucularından biri öldürüldü (Foto)

/haberimaj/habergaleri/7X4J6S7V6G4J.JPG
  1. Suriyada “Əl-Qaidə “ terror təşkilatının qurucularından biri öldürüldü (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.