haberL haberR

Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2015 9:30:48

Suriyanın paytaxtında Kim İr Senin şərəfinə park açılıb

İslamazeri.az "Syria Times"-a istinadən xəbər verir ki, dünən Suriyanın paytaxtı Dəməşqdə keçmiş Şimali Koreya prezidenti Kim İr Senin adı qoyulan parkın açılışı olub.

Park Şimali Koreyanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Mərasimin təşkilatçısı Şimali Koreyanın Suriyadakı səfiri olub. Açılış mərasimində Suriya Xarici İşlər Nazirliyini rəsmiləri, "BƏƏS" Ərəb Partiyasının üzvləri və Ş. Koreyanın Suriyadakı səfiri də iştirak edib.
Açılışda çıxış edən Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad Şimali Koreyanın terrorizmlə mübarizədə Suriyaya dəstəyinə toxunaraq, onlara təşəkkürünü bildirib. Şimali Koreyanın Dəməşqdəki səfiri Can Myonq Hu isə ABŞ-ın bölgədə nifaq toxumu səpdiyini qeyd edərək, 4 ildir mübarizə aparan Suriyanın bu mübarizədən qalib ayrılacağını söyləyib. 

Mərasimin sonunda Şimali Koreyanın milli geyimləri nümayiş olunub.
Xatırladaq ki, 1945-ci ilin avqustun 10-da Kim İr Sen tərəfindən Şimali Koreya dövlətinin əsası qoyulub.

Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

/haberimaj/habergaleri/9U6F8P9R8C5F.JPG
  1. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  2. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  3. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  4. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  5. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  6. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  7. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  8. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  9. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

  10. Suriyada Şimali Koreya liderinin şərəfinə park açıldı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.